Millimiz bu gün növbəti görüşünü keçirəcək

10:59 1 Mart 2016

Bu gün Bakı Olimpya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.
 
Sportarena.az xəbər verir ki, yığmamız saat 16:00-da Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Ömər Paşayev, Vaqif Musayev, Knyaz Əmiraslanov və Emin Nağıbəyovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, ötən həftə Rusiyanın U-17 komandası ilə üz-üzə gələn millimiz ilk oyunda rəqibinə 1:5 hesabı ilə uduzsa da, ikinci matçda qələbə qazanıb - 1:0


Xəbər xətti