"Şəmkir" klubu baş məşqçisiz qaldı

13:45 1 Mart 2016

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda bir sıra Premyer Liqa komandası ilə yanaşı, I Divizion klublarından da bir neçəsi cəzalandırılıb.

I Divizionun XV turunun “Şəmkir” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.      

 

Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunub.

 

I Divizionun XV turunun MOİK – “Bakı” matçının 18-ci dəqiqəsində “Bakı” klubunun 12 №-li futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 

I Divizionun XV turunun “Şərurspor” – “Göyəzən” matçının 75-ci dəqiqəsində “Göyəzən” klubunun 4 №-li futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnib.


Digər xəbərlər

Xəbər xətti