Orxan Sadıqlı: "Ay "Neftçi" gəlir ya da..."

22:05 1 Mart 2016

"Xəzər Lənkəran"ın qolkiperi Orxan Sadıqlının sportarena.az saytına müsahibəsi:

 

-  Qış fasiləsində “Xəzər Lənkəran” demək olarki hazırlıq keçmədi. Baş məşqçi dəyişikliyi, futbolçuların getməsi klubdakı vəziyyəti pisləşdirdi. İndi sizə bu cür çempionatda çıxış etmək çətinlik yaratmır?

- Düzdür demək olarki hazırlıq keçmədik.  Fasilədən sonra çətin oldu oyunlara çıxmaq amma daha sonra vəziyyət normallaşdı. İndi yaxşı formadayıq, komanda yoldaşlarımda hər oyunda əllərindən gələni etməyə çalışırlar.


- Qış fasiləsində  “Rəvan”a   yollandın və çempionat başladıqdan sonra yenidən “Xəzər Lənkəran”a döndün. Bu qədər hazırlıqsız qaldın, yenidən komandaya uyğunlaşmaq sənə problem yaşatmadı?
-  Mən “Xəzər Lənkəran”da təzə futbolçu deyiləm artıq 9-cu ildir burdayam. Bura mənim evim kimidir. Hər şeyi bilirəm burda, kim nədir, necədir. Ona görə heç bir problem yoxdur.  Çempionat oyunlarında da bir tur mən, bir tur Tərlan oyuna çıxır. 


-  Çempionatda Avroliqaya aparan yerlər uğrunda mübarizədən qalmısız artıq. Kubokda isə rəqibiniz “Neftçi”dir.  Bu oyuna hazırlıq necə gedir?
-  Çempionatda yalnız Liqada qalmaq uğrunda mübarizə aparırıq. Bütün ümidlərimiz kubokadır. Digər oyunlara hazırlaşdığımız kimi “Neftçi” ilə oyuna hazırlaşırıq. Ciddi hazırlaşırıq amma xüsusi hazırlaşmırıq. Ay “Neftçi” gəlir ya da, başqa komanda gəlir. “Sumqayıt”la, “Rəvan”la və digər komandalarla oyuna necə hazırlaşırıqsa bu oyuna da elə. Amma ciddiyyətimizi qoruyuruq. Əzəli rəqibdir “Neftçi” və azarkeşlərimizin önündə oynayırıq.  Bu oyunda bir fikrimiz var oda qələbə.


-  Komandada “Neftçi”ni məğlub edəcək güc var?
-  Bakıdakı çempionat oyununda “Neftçi”yə 1:0 uduzduq. O qolu da 85-ci dəqiqədə buraxdıq.  Yəni ki, oynuya bilirik və gücümüz var. Sabahkı oyunu da azarkeşlərimizin önündə oynayacağıq. Fərdi olaraq götürsək “Neftçi” daha üstündür amma biz də onlardan geri qalmırıq. Bu oyunda qalib gəlmək olar. 


- Premyer Liqada AZAL-la qarşılaşacaqsız. AZAL-ın durumu da ürəkaçan deyil. Bu oyunda qələbə qazanmaq olar?
- AZAL-ı birinci dövrədə məğlub etmişik.  Evdə oynuyuruq və doğma meydanda istədiyimiz komandanı məğlub edə bilərik. İstəyir “Qarabağ”, “Qəbələ” və yaxud AZAL olsun. Evdəki oyunlardan ancaq qələbə fikirləşirik.  İndi “Neftçi” ilə oyunu fikirləşirik. “Neftçi”ni məğlub edəndən sonra AZAL-la oyuna hazırlaşıb, onları da udmaq istəyirik. 


- “Xəzər Lənkəran”dan ayrılmağı düşünürdün. Hətta ayrıldın da “Rəvan”da oldun amma son anda müqavilə imzalamadın və geri döndün. Bəs mövsüm sona çatandan sonra necə “Xəzər Lənkəran”dan ayrılmağı düşünürsən?
-  “Xəzər Lənkəran”da elə bir hadisə baş verdi ki, nə azarkeşlərin, nə də mətbuatın ondan xəbəri olmadı. Klubdan bizə zəng etdilər və  gedin dedilər. Mənə  3 təklif gəlmişdi yox deyib qalmışdım amma transfer dönəminin ortasında dedilərki gedin. Ondan sonra komanda tapmaq çətin oldu.  “Rəvan” dəvət elədi, məşqlərə çıxdım. Müqavilə imzalayacaqdımki, “Xəzər Lənkəran” rəhbərliyi zəng etdi və qayıtmağımı istədi. “Xəzər Lənkəran” mənə doğma olduğu üçün “Rəvan”da rəhbərliyinə və məşqçi heyətinə təşəkkür edib, sağollaşdım və qayıdıb gəldim. 

Vüsal Yalçınoğlu

 


Xəbər xətti