"Xəzər Lənkəran"dan mükəmməl nəticə, "Rəvan"dan sürpriz - YENİLƏNİB

20:59 2 Mart 2016

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportarena.az xəbər verir ki, bu gün 3-ü paytaxda, 1-i əyalətdə olmaqla 4 oyun baş tutacaq.

Mərhələnin ilk oyununa Lənkəranda start veriləcək. Bu mövsüm bir çox çətinlikər yaşamasına baxmayaraq iddialı çıxış edən "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Premyer Liqada işləri yaxşı getməyən bu iki klub, var gücü ilə kubokda uğur qazanmağa çalışacaq.

Günün növbəti matçında son ölkə çempionu "Qarabağ" Sumqayıtın eyniadlı təmsilçisini qəbul edəcək. Turnir cədvəlində yerini möhkəmlədən Ağdam klubu  ardıcıl ikinci dəfə "Qızıl dubl" etmək üçün "Sumqayıt"ı məğlub etməyə çalışacaq.


1/4 finalın mərkəzi qarşılaşması isə Zirədə baş tutacaq. Burada "Zirə" "Qəbələ"ni qəbul edəcək. Çempionatın debütantı "Zirə" Premyer Liqada inamlı çıxış edərək, turnir cədvəlində yerini qorusa da, kuboku qazanmağ üçün də gərgin mübarizə aparır. 

Günün son oyununda paytaxt derbisi yaşanacaq. Belə ki, Premyer Liqanın autsayderi "Rəvan" doğma meydanda "İnter" klubunu qəbul edəcək.

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar
 

2 mart 
 
14:00. “Xəzər Lənkəran” – “Neftçi”  3:2

Qollar: Vaquf Güləliyev, 17, (1:0), Tural Cəlilov, (2:0), Ruslan Qurbanov, 22, (2:1), Fəhmin Muradbəyli, 39, (2:2), İbrahim Qədirzadə, 51, (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
 
 
17:00. “Qarabağ” – “Sumqayıt”  2:0

Qollar:  Riçard Almeyda, 52, (1:0), Mahir Mədətov, 86, (2:0)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
 
 
18:00. “Zirə” – “Qəbələ”  1:2

Qollar: Aleksey Qay, 75, (1:0), Nelson Bonilla, 77, (1:1), Dodo, 83, (1:2)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu
 
 
19:00. “Rəvan” – “İnter” 2:1

Qollar:  Sezar Meza Kolli, 56, (0:1), Nurlan Qurbanov, 61, (1:1), Ramazan Abbasov, 81, (2:1)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
“Bayıl Arena”


Xəbər xətti