Platinidən növbəti etiraz

15:35 2 Mart 2016

UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA-nın Etika Komitəsinin qərarından Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Sportarena.az xəbər verir ki, bu şikayətdə M.Platini FİFA tərəfindən onun altı il futboldan kənarlaşdırılması cəzasına narazılıq ifadə olunub. 

Qeyd edək ki, M.Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən qeyri-qanuni olaraq iki milyon İsveçrə frankı aldığı üçün korrupsiyada ittiham olunmaqla əvvəlcə səkkiz il, daha sonra altı il tutduğu vəzifəsindən kənarlaşdırılıb. Eyni  cəza ilə Blatter də üzləşib. Bu səbəbdən o da eyni instansiyaya apellyasiya verməyi planlaşdırır.


Xəbər xətti