"Yuventus" finala belə yüksəldi - VİDEO

11:49 3 Mart 2016

Dünən İtaliya Kubokunun yarımfinal oyunlarına yekun vurulub.

Sportarena.az xəbər verir ki, ilk oyun doğma meydanda "İnter"i 3:0 hesabı ilə məğlub edən "Yuventus", dünən səfərdə cavab oyunu keçirib. "İnter"in üstünlüyü şəraitində keçən oyunda ev sahibi komanda 3:0 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, növbəti mərhələyə keçəcək komandanın adına penaltilər seriyasında aydınlıq gəlib.

Penaltilər seriyasında daha dəqiq olan "Yuventus" final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Yuventus"un finaldakı rəqibi "Milan" komandasıdır. 


Digər xəbərlər

Xəbər xətti