Canər Ərkin "Liverpul"un maraq dairəsində

13:09 3 Mart 2016

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Fənərbaxça"nın 2 futbolçusunu komandasına qatmaq fikrindədir.


Sportarena.az "Mirror"a istinadən xəbər verir ki, "Liverpul" klubunun nümayəndələri fevral ayının 29-u keçirilən "Fənərbaxça" - "Beşiktaş" matçını izləmək üçün "Ülkər Arena"da olub. Məlumata görə, Kloppun göndərdiyi iki nümayəndə, "Fənərbaxça"nın futbolçuları Canər Ərkin Və İsmayıl Köybaşının oyunu ilə yaxından maraqlanıb. Klopun göndərdiyi nümayəndələrin Canər Ərkinin oyununu bəyəndikləri bildirilir.


Xəbər xətti