FİFA reytinq cədvəlini açıqladı: millimiz 4 pillə irəlilədi

13:28 3 Mart 2016

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.


Sportarena.az xəbər verir ki, xal hesabını 300-ə çatdıran milli komandamız 4 pillə irəliləyərək 112-ci yerdə qərarlaşıb.

Millimizin heç bir rəsmi matça çıxmadan irəliləməsinin səbəbi isə Çad və Fələstin yığmalarının geriləməsi olub.

Qeyd edək ki, cədvəlin ilk pillələrində heç bir dəyişiklik olmayıb. Ötən ay olduğu kimi bu ay da Belçika birinci, Argentina ikinci, İspaniya milli komandası isə üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti