Rəsul Çunayev liderliyini qorudu

11:05 4 Mart 2016

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. 

Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 


Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır. 

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (6)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)
13. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
19. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (16)

130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Digər xəbərlər

Xəbər xətti