Kubok oyunu təxirə salındı - FOTOLAR

12:14 4 Mart 2016

Yunanıstan Kubokunun final matçı təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, final matçında qarşı-qarşıya gələn "Olimpiakos" və PAOK azarkeşləri arasında stadionun içində kütləvi dava baş verib. Getdikcə böyüyən hadisə stadionun ətrafını da bürüyüb. Belə ki, azarkeşlər stadionun ətrafında yanğınlar törədib. 

 

Yaşanan bu hadisələrdən sonra Yunanıstan İdman Nazirliyi verdiyi açıqlamada kubokun final oyununun ləğv edildiyini bildirib.

 

Qeyd edək ki, İdman Nazirliyi verdiyi açıqlamada, ölkədəki bütün futbol turnirlərinin ləğv edilməsi haqqında düşündüklərini bildirib. 


Digər xəbərlər

Xəbər xətti