UEFA "Mançester Yunayted" - "Liverpul" matçının vaxtını dəyişdirdi

14:15 4 Mart 2016

Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək  "Mançester Yunayted" - "Liverpul"  cavab matçının başlama saatı dəyişdirilib.

Sportarena.az xəbər verir ki, "Mançester Yunayted"in UEFA-ya müraciətindən sonra qurum, martın 17-i keçiriləcək qarşılaşmanın vaxtını dəyişib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 22:00-da yox, Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.


Qeyd edək ki, martın 17-i Böyük Britaniyada müqəddəs Patrik günü qeyd olunur. Bu səbəbdən yollardakı tıxacları nəzərə alan "Mançester Yunayted" klubu UEFA-dan matçın vaxtının dəyişdirilməsini istəmişdi.


Digər xəbərlər

Xəbər xətti