"Qarabağ"da ŞOK: 1 ay olmayacaq

14:29 4 Mart 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt"la oyunda zədələnən "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyevin durumuna aydınlıq gəlib.
Sportarena.az-a klubdan verilən məlumata görə, yenicə zədədən qurtulan Əmirquliyevin ayağında yırtıq var. Bu səbəbdən təcrübəli futbolçu ən az 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" matçı "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab oyunları mart ayının 9-da olacaq.


Xəbər xətti