Neymar: "Mən türkəm - FOTO

17:13 4 Mart 2016

Braziliya yığmasının ulduz futbolçusu və “Barselona” klubunun hücumçusu Neymar miqrantlara dəstək kampaniyasında iştirak edib. 

Sportarena.az xəbər verir ki,  kampaniyanın siması seçilən braziliyalı futbolçu daha çox şüarı ilə diqqət çəkib.

Futbolçunun şəklinin üzərində "Mən braziliyalıyam, türkəm, ispaniyalıyam, bütün dünyalıyam. Mən miqrantam. Hər ailənin bir köç keçmişi var. Bəs sizin?" yazılıb. 

Kampaniyada yer alan Neymar dəstək vermək istəyən hər kəsi öz rəsmi ilə keçmişini paylaşmağa çağırıb. 


Digər xəbərlər

Xəbər xətti