UEFA-ya yeni baş katib seçildi

21:28 4 Mart 2016

UEFA-nın sabiq baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçildiyi üçün qurumun baş katibi vəzifəsinə yeni seçkilər keçirilib. 

Sportarena.az xəbər verir ki, martın 4-də UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qurumun yeni baş katibi seçilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə  yeni baş katib vəzifəsinə Teodor Teodoridis təyin olunub. 2008-ci ildən UEFA-da fəaliyyət göstərən T.Teodoridis yeni vəzifəyə seçilənədək baş katibin müavini kimi işləyib.

Qeyd edək ki, UEFA-nın növbəti konqresi isə mayın 3-də keçiriləcək.


Xəbər xətti