Andrey Mureşan: "Lənkəranlı fanatlar üçün …"

00:05 5 Mart 2016

“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Andrey Mureşan cənub təmsilçisində çıxış etdiyi günləri xatırlayıb.

Sportaren.az xəbər verir ki, hazırda Rumıniyanın “Kluj” klubunda çıxış edən futbolçu Azerisport.az saytına açıqlamasında bunları söyləyib:

“Premyer Liqadakı nəticələri hər həftə izləyirəm. “Xəzər Lənkəran”ın uğursuz nəticələri məni çox məyus edir. Orada nə baş verdiyini başa düşmürəm. Başqa klublar yaxşı transferlər edirər, amma “Xəzər Lənkəran” heç nə ilə yadda qalmır. Ümid edirəm ki, bu vəziyyət düzələr. Azərbaycan kuboku çərçivəsində “İnter”ə qarşı keçirdiyimiz oyunu unuda bilmirəm. Azarkeşlərimiz həmin oyunda möhtəşəm idilər. Onlar gördüyüm ən yaxşı azarkeşlərdir. Lənkəranlı fanatlar üçün “Xəzər Lənkəran” böyük əhəmiyyət daşıyır”.

 


Digər xəbərlər

Xəbər xətti