İquain "Bavariya"nın maraq dairəsində

11:10 5 Mart 2016

Argentina millisinin və İtaliyanın "Napoli" klubunun hücumçusu Qonzalo İquain karyerasını "Bavariya"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Karlo Ançelotti bu futbolçunun bacarıqlarından istifadə etmək niyyətindədir. Lakin "Bavariya" bu futbolçunu heyətinə qatmaq üçün 94 milyon avrosundan keçməli olacaq. 


Qeyd edək ki, cari mövsüm "Napoli" forması ilə 27 matça çıxan İduain 25 qol vurub və 2 asist edib.


Xəbər xətti