Cüdoçularımız Perudan 4 medalla qayıdır

Sportarena.az      7 Mart 2018, 11:05

Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatına yekun vurulub.

Sportarena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xalı verən yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu alınıb.
 

Belə ki, 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əbdülhəqq Rəsullu yarımfinala gedən yolda tatami sahibi Danil Vizkarra və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edib. Yarımfinalda liviyalı Nacif Eliasa uduzan Rəsullu bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə Türkiyə təmsilçisi Əmirxan Yucel ilə qarşılaşan cüdoçumuz qələbə qazanaraq mötəbər turnirin bürünc medalına sahib olub.
 

Ondan fərqli, 90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev 5-ci olub.
 

Digər iki cüdoçumuz – Hüseyn Rəhimli (81 kq) və Şahin Qəhrəmanov (90 kq) isə mübarizəni erkən dayandırıblar.
 

Beləliklə, Azərbaycan millisi Perunun paytaxtı Limada Panamerikanın açıq çempionatında çıxışını 4 medalla (1 qızıl və 3 bürünc) başa vurub.
 

Qeyd edək ki, yarışın ilk günündə yığmamızın aktivinə Vüqar Şirinli (60 kq) qızıl, Elburus Zamanov (60 kq) və Aişə Qurbanlı (48 kq) bürünc medal yazdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin