Messi-Ronaldo mübahisəsi ölümlə nəticələndi

15:39 7 Mart 2016

Hindistanda iki dost arasında yaşanan "Messi, yoxsa Ronaldo" mübahisəsi ölümlə nəticələndi.


Sportarena.az xəbər verir ki, Hindistanın Bombey şəhərində ad günü yığıncağında iki dost arasında yaranan mübahisə davaya səbəb olub. 


Belə ki, Ronaldo azarkeşi olan və doğum gününü qeyd edən Obinna ilə Messi fanatı olan yaxın dostu Nvabu yığıncaq zamanı futbolçular barəsində söz davasına çıxıblar. Əsəblərini cilovlaya bilməyən Obinna bardağı dostuna atıb. Dostu isə qırılan bardağın bir parçasını götürərək Obinnaya bir neçə zərbə vurub.

Nəticədə Ronaldonun fanatı olan şəxs Messi azarkeşi olan dostunu qətlə yetirib. Cinayətkar hadisə yerindən qaçsa da, çox keçmədən polis tərəfindən saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti