Mart ayında keçirilən "Böyük oyun"lar

17:14 7 Mart 2016

Martın 9-da baş tutacaq “Böyük oyun”, mart aylarında keçirilən sayca 8-ci olacaq.
 
Sportarena.az xəbər verir ki, mart ayına təsadüf edən ilk “Böyük oyun” 27-mart 2010-cu il tarixi ilə qeydə alınıb. Həmin görüşdə hesab açılmamışdı. Sonuncu “Böyük oyun” isə 02.03.2015 tarixində keçirilib və cənub təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
 
“Xəzər Lənkəran” komandası “Neftçi” klubu ilə mart aylarında indiyə qədər 3-ü kubok oyunu olmaqla ümumilikdə 7 dəfə qarşılaşıb. Bu oyunların 4-də heç –heçə qeydə alınıb, iki dəfə isə, 03.03.2011 (4:3) və 02.03.2016 t(3:2) tarixlərində “əzəli rəqibi”ni məyub edib. Komanda “Ağ-qara”ların qapısına mart aylarındakı oyunlarda 10-top vurub, öz qapısından isə 9-top buraxıb.
 
2009/10 mövsümü çempionat, final mərhələsi.
 “Xəzər Lənkəran”- “Neftçi” – 0:0
 
2010/11 mövsümü Azərbaycan kuboku ¼ final, ilk oyunu
“Neftçi” – “Xəzər Lənkəran” -3:4
 
2010/11 mövsümü Azərbaycan kuboku ¼ final, cavab oyunu
“Xəzər Lənkəran” – “Neftçi” -1:1
 
2010/11 mövsümü çempionat, final mərhələsi
“Xəzər Lənkəran”- “Neftçi” – 1:1
 
2011/12 mövsümü, final mərhələsi.
“Neftçi” (Bakı) – “Xəzər Lənkəran” – 1:1
 
 2013/14 mövsümü, III dövrə
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
 
2015/16 mövsümü Azərbaycan kuboku ¼ final, ilk oyunu
“Xəzər Lənkəran”- “Neftçi” – 3:2
 
12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti