Massimiliano Alleqri: "Mən "Yuventus"un baş məşqçisi olaraq qalacam"

22:52 7 Mart 2016

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılacağı barədə gəzən söz-söhbətlər barədə açıqlama verib.

 

Sportarena.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, baş məşqçi açıqlamasında haqqında yayılan xəbərləri təkzib edərək "Yuventus"dan ayrılmayacağını bildirib:

 

"Mən gələn il də "Yuventus"un baş məşqçisi olaraq qalacam. Çünki mənim hələ bu klubla 1 illik müqaviləm var. Buna əmin ola bilərsiniz ki, hər hansı bir klubla danışıqlar aparmamışam. 

 

Mən bu klubda xoşbəxtəm və komandamla heç bir problemim yoxdur". 


Xəbər xətti