"Real" və "Volfsburq" 1/4 finalda - YENİLƏNİB

01:37 9 Mart 2016

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma həyata keçirilib.


İtaliya səfərindən sərfəli nəticə ilə dönən "Real" klubu bu gün doğma meydanda "Roma"nı qəbul edəcək. İlk oyun 2:0 hesablı qələbə ilə İspaniyaya dönən "kral klubu"nu bu gün doğma meydanda çətin oyun gözləyir.

 

Günün digər bir qarşılaşması isə Almaniyada keçiriləcək. Belçikada "Gent" klubuna qalib gələn "Volfsburq" bu gün doğma meydanda uğurlu nəticə əldə edib, növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindədir.

 

8 mart

 

Çempionlar Liqası

 

1/8 final mərhələsinin cavab oyunları

 

23:45. "Real"  - "Roma"  2:0

Qollar:  Kriştiano Ronaldo, 64, (1:0), Xames Rodriges, 68, (2:0)
İlk oyun - 2:0

 

23:45. "Volfsburq" - "Gent"  1:0

Qol:  Andre Şürle, 74, (1:0)
İlk oyun - 3:2

 


Xəbər xətti