"Milan"da ciddi itki

10:58 8 Mart 2016

İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.


 

Sportarena.az xəbər verir ki, bir müddət öncə avtomobil qəzası keçirən futbolçusu M`Baye Nianq mövsüm sonuna qədər oynaya bilməyəcək. Buna səbəb isə futbolçunun topuğunda və kürəyində baş verən zədələnmələrdir. 

 

Daha öncə futbolçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilsə də, dünən yenidən həkim müayinəsindən keçən hücumçunun əməliyyata ehtiyacı olduğu bildirilib.


Digər xəbərlər

Xəbər xətti