Ölkəmizdə keçiriləcək "İpək yolu" turnirinə start verilir

11:09 8 Mart 2016

Ölkəmizdə daha bir beynəlxalq turnir keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, söhbət kişi boksçular arasında təşkil olunan ənənəvi "İpək yolu" turnirindən gedir.


Beynəlxalq yarış martın 9-da start götürəcək və ayın 14-nə qədər davam edəcək. Bu dəfəki turnirdə Azərbaycan boksçuları ilə yanaşı Ukrayna, İran, Gürcüstan və İsrail idmançıları da mübarizə aparacaq.


Komandamızın heyətinə gəlincə, yarışda bu idmançılar mübarizə aparacaq:


49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev və Cavid Çələbiyev
60 kq – Albert Səlimov
64 kq – Lorenso Sotomayor
69 kq – Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı
81 kq – Teymur Məmmədov
91 kq – Abdulkadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov


Qeyd edək ki, görüşlər Azərbaycan Boks Federasiyasının boks mərkəzində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti