Türk futbolçu "Bavariya" və "Mançester Yunayted"in maraq dairəsində

18:33 8 Mart 2016

"Bayer"də çıxış edən türk futbolçu "Bavariya" və "Mançester Yunayted" klublarının maraq dairəsinə düşüb . 

 

Sportarena.az  xəbər verir ki, Almaniya və İngiltərə nəhəngləri "Bayer"in oyunçusu Ömər Toprakı heyətinə qatmaq istəyir. "Mançeter Yunayted"in artıq futbolçu üçün təklif göndərməyə hazırlaşdığı bildirilir. 

 

Xatırladaq ki, "Bayer" Öməri 2011-ci ildə "Frayburq"dan 3 milyon avroya transfer edib. 

 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi cari  mövsüm "Bayer"in heyətində 20 oyuna çıxıb və 1 qol vurub.


Xəbər xətti