Mario Götze Avropa çempionatında oynayacaq?

18:55 8 Mart 2016

Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Mario Götze Avropa çempionatında iştirak etməyə bilər.

 

Sportarena.az xəbər verir ki, son 5 ayda zədə səbəbi ilə yaşıl meydanlardan kənarda qalan 23 yaşlı yarımmüdafiəçi fevralda sıraya dönmüşdü. Sağalandan sonra 5 oyunda onun adı iştirak ərizəsinə salınsa da, bir dəfə də meydana çıxmayıb. Yaxın günlərdə millinin baş məşqçisi Yoahim Löv ona inandığını və mənəvi dəstək olduğunu bildirsə də, Götzenin Avropa çempionatında Almaniya millisinin heyətinə qatılmayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti