Aleksandr Qostiyev Avropa çempionatını gümüş medalla başa vurdu

00:03 9 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.
 
 

Sportarena.az xəbər verir ki, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.


Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.

 

86 kq 
1/8 final - Zbiqnev Baranovski (POL) - Aleksandr Qostiyev 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final - Dato Marsaqişvili (GEO) - Aleksandr Qostiyev 3:4
1/2 final - Aleksandr Qostiyev - Aliaksandr Huştin (BLR) 3:1
FİNAL - Şamil Kudiamaqomedov (RUS) - Aleksandr Qostiyev 6:2


Xəbər xətti