"Qarabağ" və "Qəbələ"dən darmadağın, "Böyük oyun"da sevinən "Neftçi" oldu - YENİLƏNİB

19:16 9 Mart 2016

Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki,  bu gün 2-si paytaxtda olmaqla, 4 matç keçiriləcək.

 

Mərhələnin oyunlarına “İnter Arena”da “İnter” – “Rəvan” matçı ilə start veriləcək. ¼ final mərhələsinin ilk matçında sürprizlə qarşılaşan “bankirlər” bu gün “Rəvan” qarşısındakı məğlubiyyətin əvəzini çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Sürprizlər etməyi bacaran Bəhmən Həsənovun komandası isə, ilk oyun qazanılan qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq.

 

Günün növbəti matçı Sumqayıtda keçiriləcək. Burada yerli “Sumqayıt” klubu “Qarabağ” səddini aşmaq üçün mübarizə aparacaq. İlk oyunda səfərdə “Qarabağ”a 2:0 hesabı ilə məğlub olan “kimyaçılar”a növbəti mərhələyə adını yazdırmaq üçün 3 qol lazım olacaq. 

 

“Sumqayıt” – “Qarabağ” oyunu ilə eyni saatda ¼ finalın mərkəzi görüşü,  “Qəbələ” – “Zirə” matçı start götürəcək. İlk görüşdə 84-cü dəqiqədə Dodonun qolu ilə 1:2 hesablı qələbə qazanan əyalət təmsilçisi doğma meydanda məğlub olmamağa çalışacaq. Matç saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

 

¼ finalın son oyunu isə “Neftçi” – “Xəzər Lənkəran” arasında keçiriləcək. Cari mövsüm Premyer Liqada istədiyi oyunu nümayiş etdirə bilməyən bu iki komanda var gücü ilə kubok oyunlarında uğur qazanmağa çalışır.  İlk oyun gənclərdən təşkil olunmuş “Xəzər Lənkəran”a səfərdə 3:2 hesabı ilə məğlub olan “Neftçi” bu gün məğlubiyyətin təsadüf olduğunu sübüt etməyə çalışacaq. Lakin Lənkəran təmsilçisi də bu oyuna ciddi hazırlıqlar görür. İki rəqib arasında prinsipial oyuna çevrilmiş bu qarşılaşmaya maraq olduqca yüksəkdir. 

 

9 mart


Azərbaycan Kuboku


1/4 final, cavab oyunları


14:00. “İnter” - “Rəvan”  3:0

Qol:  Nika Kvekveskiri, (p), 31, (1:0), Sezar Meza Kolli, 65, (2:0), Vuqar Nadirov, 85, (3:0)
(ilk oyun - 1:2)
Bakı. “İnter Arena”.

 

15:00. “Qəbələ” - “Zirə”  5:1 

Qollar:  Aleksey Qay, 5, (1:0), 12, (2:0), Rəşad Sadiqov, 17, (3:0), Nurlan Novruzov, 36, (3:1), Rəşad Eyyubov, 66, (4:1), Ermin Zets, 79, (5:1)
(ilk oyun - 2:1)
Qəbələ şəhər stadionu.

 

15:00. “Sumqayıt” - “Qarabağ”  1:4

Qollar:  Muarem Muarem, 6, (0:1), Samuel Armenteros, 10, (0:2), Muarem Muarem, 51, (0:3), Samuel Armenteros, 58, (0:4), Xəyal Nəcəfov, 63,  (1:4)
(ilk oyun - 0:2)
Sumqayıt. “Kapital Bank Arena”.

 

17:30. “Neftçi” - “Xəzər Lənkəran” 2:0 

Qol:  Ruslan Qurbanov (pe), 60, (1:0), Araz Abdullayev, 63, (2:0)
(ilk oyun - 2:3)
Bakı. “Bakcell Arena”.


Digər xəbərlər

Xəbər xətti