Bu gün daha 4 güləşçimiz AÇ-2016-da mübarizə aparacaq

11:07 9 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub. 


Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxacaq. 

 

53 kq
1/8final -  Anjela Doroqan - Nina Hemmer (GER)  


60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç


65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev 


97 kq
1/8 final - Şəriv Şərifov - İvan Yankouski BLR)


Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq. Final qarşılaşmaları İdman Azərbaycan kanalından canlı yayımlanacaq. 


Xəbər xətti