Millimizin üzvü görüşə çıxmadı, rəqibi birbaşa 1/4 finala yüksəldi

14:18 9 Mart 2016

Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş millisi ciddi itki ilə üzləşib.

 

Sportarena.az "Reaport"a istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan Şərif Şərifov bu gün səhər məşqində zədələnib.

 

Qolunda ağrılar hiss edən 28 yaşlı idmançı heyətdən çıxarılıb. Nəticədə Şərifovun belaruslu İvan Yankovski ilə görüşü baş tutmayıb. Yankovski birbaşa 1/4 finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, Şərif Şərifov dünya (2011) və olimpiya (2012) çempionudur.


Digər xəbərlər

Xəbər xətti