Qvardiola İlkay Gündoğanı "Mançester Siti"yə gəlməyə razı saldı

15:48 9 Mart 2016

Pep Qvardiola yeni komandası "Mançester Siti" üçün indidən heyət formalaşdırır. 


Sportarena.az xəbər verir ki, İspaniyalı mütəxəssis "Borussiya"nın türk futbolçusu İlkay Gündoğanın transferində anlaşma əldə edib. Məlumata görə "Mançester Siti" "Borussiya"ya İlkay üçün 30 milyon avro təklif edəcək. 

 

Qeyd edək ki, bundan başqa Qvardiola Hollandiyadan PSV-dən Jetro Uilyams və "Ayaks"dan Bazoeri də komandasına qatmaq fikrindədir. 


Xəbər xətti