Azərbaycan kuboku: ilk yarımfinalçılar məlumdur

18:16 9 Mart 2016

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında artıq 3 yarımfinalçının adına aydınlıq gəlib.


Sportarena.az xəbər verir ki, bunlar "Qəbələ", "İnter" və "Qarabağ" klublarıdır. 


Yarımfinalın ilk cütlüyü artıq məlumdur. Belə ki, yarımfinalda "Qarabağ" "İnter"lə  qarşılaşacaq.

"Qəbələ" isə hal-hazırda davam edən "Neftçi" - "Xəzər Lənkəran" matçının qalibi ilə qarşılaşacaq.


Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprel 27-də, cavab qarşılaşmaları isə mayın 4-də keçiriləcək.


Xəbər xətti