Elbrus Məmmədov üsyan etdi: "Hakimin böyük səhvləri olmasaydı..."

19:58 9 Mart 2016

“İlk hissədə komandam inamlı oyun sərgiləyirdi. Çoxsaylı hücumlar təşkil edib, rəqib qapısı qarşısında təhlükələr yarada bilirdilər. Amma bəzi səhvlərimiz də oldu. Bu səhvlər üzərində çalışacağıq ki bir də belə hallar yaşanmasın”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib. 

 

Baş məşqçi komandasının məğlub olmasının əsas səbəbini hakimin oyunu düzgün idarə etməməsində olduğunu bildirib:

 

“Fasilədən sonra komandam öz oyununu tapa bilmədi. Buna səbəb isə “Neftçi”nin penalti və cərimələr qazanması üçün hər yola əl atması idi. İstəyinə də nail oldu. Hakimin penalti qərarı fikrimcə tamamilə yanlış qərar idi. Bu penaltidən sonra oyunumuz tamailə dəyişdi və qapımızda növbəti qolu gördük. Əgər hakimin belə böyük səhvi olmasaydı biz istəyimizə nail olacağdıq”.


Xəbər xətti