Güləşçimizdən bürünc medal

23:39 9 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.

Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan Ağahüseyn yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşü uduzaraq çempionatı 5-ci sırada başa vurub.

97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib.

53 kq

1/8final -  Anjela Doroqan - Nina Hemmer (Almaniya) -2:5

60 kq

1/4 final - Canan Manolova (Bolqarıstan) - Yuliya Ratkeviç- 2:8
1/2 final - Oksana Herhel (Ukrayna) - Yuliya Ratkeviç- 2*:2
Bürünc medal görüşü - Şarlotta Skauen (Norveç) - Yuliya Ratkeviç- 0:8 (tuşe)

65 kq

1/16 final - Mikola Bolotnyuk (Slovakiya) - Ağahüseyn Mustafayev - 0:10
1/8 final - Ağahüseyn Mustafayev - Almar Andruse (Estoniya) - 10:0
1/4 final - Ağahüseyn Mustafayev - Yuriy Syemakin (Fransa) -  6:3
1/2 final - Frank Çamizo (İtaliya) - Ağahüseyn Mustafayev -11:1
Bürünc medal görüşü - Semen Radulov (Ukrayna) - Ağahüseyn Mustafayev- 5:0

97 kq
1/8 final - Şərif Şərifov - İvan Yankouski (Belarus)(güləşçimiz zədə səbəbindən görüşə çıxmayıb)


Qeyd edək ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.


Digər xəbərlər

Xəbər xətti