"Xəzər Lənkəran"ın "Kəpəz"lə 16-cı görüş öncəsi - STATİSTİKA

18:37 10 Mart 2016

Premyer Liqanın XXV turunda “Xəzər Lənkəran” səfərdə “Kəpəz” klubu ilə üz-üzə gələcək.

 

Sportarena.az bu qarşılaşma cütlüyün tarixində 16-cı olacaq. İndiyə qədər keçirilən 15-görüşün 14-ü çempionat yarışına təsadüf edib. 02.12.2015 tarixində “Fırtınalar meydanı”nda baş tutan və “Xəzər Lənkəran”ın 1:0-lıq qələbəsi ilə bitən qarşılaşma cülüyün ilk kubok matçı idi.

 

Beləliklə indiyə qədər keçirilmiş 15-qarşılaşmanın 11-də “Xəzər Lənkəran” qalib gəlib, üçündə Gəncəlilər sevinib və bir oyunda da qalib müəyyənləşməyib. “Kəpəz”in qapısına 22-dəfə yol tapa bilən “Xəzər Lənkəran” öz qapısında cəmi 10-top görüb. Qeyd edək ki, fəaliyyətində müəyyən fasilələr olan Gəncə təmsilçisi əvvəllər “Gəncə” klubu kimi, 2011/2012-mövsümündən başlayaraq isə “Kəpəz” futbol klubu adıyla ölkə çempionatı və kubok turnirində iştirak edib.  Son iki mövsümü sponsor problemi ilə əlaqədar kənarda qalan klub cari mövsümdən başlayaraq yenidən ölkə birinciliyinə qatılıb. 

 

Aşağıda “Xəzər Lənkəran”ın Gəncə təmsilçiəri ilə görüşlərinin statistikası təqdim olunur:

 

2004/2005 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Gəncə” – 2:0

“Gəncə” – “Xəzər Lənkəran” – 0:1

 

2005/2006 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:1

“Gəncə” – “Xəzər Lənkəran”- 1:2

 

2010/2011 mövsümü, çempionat.

“Gəncə” – “Xəzər Lənkəran”   – 4:1

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:0

 

2011/2012 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz”   – 1:0

“Kəpəz”  – “Xəzər Lənkəran”- 1:4

 

2012/2013 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz” – 4:0

“Kəpəz”  – “Xəzər Lənkəran” – 0:1

 

2012/2013 mövsümü, çempionat.

“Kəpəz”  – “Xəzər Lənkəran” – 1:2

 “Xəzər Lənkəran” – “Kəpəz” – 1:0

 

2015/2016 mövsümü, I dövrə, çempionat.

 “Kəpəz” – “Xəzər Lənkəran” – 1 : 0

 

2015/2016 mövsümü. Ölkə kubku, tək oyunluq 1/8 final mərhələsi 

“Xəzər Lənkəran” – “Kəpəz” – 1 : 0

 

2015/2016 mövsümü, II dövrə, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz” – 0 : 1

12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti