Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına aydınlıq gəlir

19:23 10 Mart 2016

UEFA-nın rəsmi saytı Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, UEFA siyahıda Kriştiano Ronaldonu ("Real") , Zlatan İbrahimoviçi (PSJ), Andre Şürrleni ("Volfsburq") və  Halkı ("Zenit") namizədlər sırasında göstərib.

 

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusunu azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək seçəcəklər.


Xəbər xətti