Hacı Əliyev: "Erməni güləşçini yumruqla başa saldım"

01:22 11 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.
İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, litvalı Şarinas Yurkisə 11:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. H.Əliyev bu mərhələdə bolqarıstanlı Vladimir Dubovu da eyni hesabla məğlub edərək yarımfinala adlayıb. Güləşçimiz finala gedən yolda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşıb. Lakin rəqibinə uduzan Əliyev bürünc medal uğrunda yarışıb. O, bu mübarizədə erməni Valodya Franqulyanlı üz-üzə gəlib və 7:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.  


Digər xəbərlər

Xəbər xətti