"Xəzər Lənkəran" 500-ə doğru

13:59 11 Mart 2016

“Neftçi” ilə martın 9-da keçirilən görüş “Xəzər Lənkəran”ın tarixində 450-ci oyun olub.
 
 

Sportarena.az xəbər verir ki, komanda indiyə qədər 207-dəfə qələbəyə sevinib (biri texniki qələbə) və 119-matçda məğlub olub. Yerdə qalan 124-qarşılaşmanı sülhlə razılaşıb. Rəqib qapılarına vurduğu 647 topun qarşılığında öz qapısından 417 top buraxıb və ümumilidə 745-xal toplayıb.
 

Son dəfə ötən ilin dekabrın 2-də kubok oyununda “Kəpəz”in qapısına qol ata bilən “Xəzər Lənkəran” 90-günlük fasilədən sonra yenə də kubok yarışmasında martın 2-də “Neftçi”ni cəzalandırıb. Qeyd edək ki, komandanın çempionatda sonuncu dəfə 2-noyabr 2015 tarixində səfərdə “Rəvan”ın qapısına qol vura bilmişdir. (12cioyuncu.info)


Xəbər xətti