Millimizin yeni baş məşqçisi seçildi

16:37 11 Mart 2016

Bu gün AFFA İcraiyyə Komitəsinin yeni seçilmiş heyəti ilə keçirilən ilk iclasında bir sıra qərarlar qəbul olunub.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  qərara əsasən U-16 yığmamızın yeni baş məşqçisi müəyyənləşib.

Millimizin baş məşqçi vəzifəsi Rafiq Mirzəyevə həvalə edilib. 

Qeyd edək ki, tədbirdə bir çox qərarlar da qəbul edilib:

 

- Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.

 

- Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.

 

- AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:

 

- Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

 

- Topaz Premyer Liqada çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

 

- “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

 

- Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

 

- UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

 

- İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti