AÇ-2016: Güləşçimiz finala yüksəldi

18:08 11 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.


Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenkov və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olacaq. 

 

58 kq
1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 2:4
1/4 final - Ganna Vasilenko (UKR) - Nataliya Sinişin 0:5
1/2 final - Nataliya Sinişin - Elin Johanna Nilsson (SWE) 12:2
FİNAL - Nataliya Sinişin - Grace Jacob Bullen (NOR)

 

Qeyd edək ki, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.


Xəbər xətti