AÇ-2016: bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulur

10:56 12 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. 


Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaq. 


59 kq 
1/16 final - Taleh Məmmədov - Virgil Muntenau (ROU)


66 kq 
1/8 final - Kamran Məmmədov - Carl Anders Poul Ekstroem (DEN)  


98 kq
1/8 final - Aleksandrs Safonovs (LAT) - Orxan Nuriyev


130 kq
1/16 final - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti


Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti