Rahid Əmirquliev əməliyyat olundu

01:03 13 Mart 2016

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub. Qış transfer pəncərəsi zamanı komandanın sıralarına qoşulan milli futbolçu təlim-məşq toplanışı zamanı zədələnmiş təxminən 1 ay yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldaraq Martın 2-sində "Sumqayıt"la keçirilən kubok mücadiləsində ilk dəfə "Qarabağ"da start heyətində meydana çıxsa da elə ilk hissədəcə də yenidən zədələnmişdi.
Belə də 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilmişdir. Artıq futbolçu uğurla əməliyyat olunmuş və hazırda reabilitasiya dönəmini keçirtməkdədir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti