Qirqorçukun məğlubiyyət şərhi

18:38 13 Mart 2016

Bu gün Azərbaycan Premyer liqasında XXV turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, bu gün baş tutan  “Qəbələ” – “Zirə” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuku mətbuat konfransı keçirib. 


Baş məşqçi oyundan sonrakı mətbuat konfransında məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirəm. Çox vacib xallar itirdik. Bu da mənfi məqamdır. Düşünmürəm ki, məğlubiyyətə layiq idik. Təəssüf ki, belə alındı. Rəqib bizim müdafiədəki azsaylı səhvlərdən yararlanıb, qələbə qazandı. “Zirə” ilə 3 çempionat və 2 kubok oyunundan ümumiləşdirib danışmazdım. Hər oyuna ayrılıqda baxırıq. Premyer Liqada qalib gələ bilmədiyimiz 3 oyundan heç birində rəqib bizdən üstün olmayıb. Onların hamısında qalib gəlməli idik. Bu dəfə də istisna olmadı. Qalib gəlmək üçün həm yaxşı oynamalısan, həm də hadisələrin axarı uğurlu olmalıdır. Bu uğur, nə də digər məqamlar lehimizə oldu. Az səhv etsək də 2 top buraxdıq. Biz çox nadir hallarda 2 qol buraxırıq. Bu gün də belə oldu. Ayağında ağrılar olduğundan Aleksey Qayı məcburi əvəzlədik. O, bizim üçün vacib oyunçudur. Bu, məğlubiyyətə səbəblərdən biri idi. Lakin mükafatlar uğrunda mübarizə aparan komanda bir oyunçudan asılı olmamalıdır. Onun yoxluğunda da ciddi fərq görmədim. Deməzdim ki, ikinci hissədə pis oynadıq. Çünki qol imkanlarımız oldu. Rəqib isə səhvlərdən uğurla istifadə etdi”.(gabalafc.az)


Digər xəbərlər

Xəbər xətti