Samir Abbasov: "Vaqif Cavadov haqqında suallardan yorulmuşam"

20:14 13 Mart 2016

“Qarabağ”la keçirdiyimiz son qarşılaşmalara nisbətən bu günkü matçda daha gözəl oyun sərgilədik. Futbolçularım daha istəkli oyun nümayiş etdirdilər. Buraxdığımız erkən qol və daha sonra qapıçının səhvi ucbatından qapımızda gördüyümüz top oyuna təsir göstərdi. Komandamı bu gün göstərdiyi oyuna görə təbrik edirəm. Növbəti oyunlar haqqında düşünməliyik. Qarşıdan bizi bir çox oyun gözləyir. Çalışacağıq ki, bu oyunlarda etdiyimiz səhvləri növbəti matçlarda etməyək”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXV turunda doğma meydanda “Qarabağ”a 2:0 hesabı ilə məğlub olduqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov deyib.

 

Baş məşqçi qış transfer dönəmində komandaya cəlb olunmuş futbolçu Vaqif Cavabov haqqında da fikir bildirib:

“Vaqif Cavadov haqqında mənə çox suallar verilib. Mən artıq bu barədə sualları cavablandırmaqdan yorulmuşam, amma bu sualları verənlər hələ də yorulmayıblar. Bizim uğursuzluğumuz təkcə Vaqif Cavadov problemi deyil, komanda problemidir. Biz Vaqifə inanırıq. İnanırıq ki, Vaqif tezliklə bizim komandada öz oyununu tapar və uğurlu nəticələr əldə edər”.


Xəbər xətti