Komandamız Avropa çempionatında 3-cü oldu

10:56 14 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, yığma komandalarımız çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. 

 

Yunan-Roma güləşi üzrə yarışlarda güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Ümumilikdə, 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə qərarlaşıb. 


Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutub. Qadın güləşçilərimizin heyətində Mariya Stadnik və Nataliya Sinişin qızıl, Yuliya Ratkeviç bürünc medala sahib olub. 

 

Çempionatı 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 1 bürünc (Hacı Əliyev) medalla tamamlayan sərbəst güləş yığmamız isə komanda hesabında 5-ci sırada qərarlaşıb. 


Xəbər xətti