Şahmat üzrə ölkə çempionatı start götürəcək

17:20 14 Mart 2016

Martın 15-də kişilər və qadınlar arasında şahmat üzrə ölkə çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, çempionatda ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Qadınların çempionatında 1-3-cü yerləri tutan şahmatçılar şəxsi Avropa çempionatına ezam ediləcək. Kişilərin turnirinin ümumi mükafat fondu 5 min, qadınların yarışının isə 2 min 500 manat təşkil edir.


Digər xəbərlər

Xəbər xətti