Alaba "Mançester Siti"yə "yox" dedi

17:56 14 Mart 2016

"Bavariya"nın müdafiəçisi David Alaba "Mançester Siti"nin təklifini rədd edib. 


Sportarena.az xəbər verir ki, avstriyalı futbolçu "Bavariya" ilə yeni müqavilə imzalayacaq. Pep Qvardiolanın futbolçunu özü ilə birlikdə "Mançester Siti"yə aparacağı bildirilsə də, futbolçu bununla razılaşmayıb. 


Qeyd edək ki, 23 yaşlı müdafiəçi "Bavariya" ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq və ilinə 12 milyon avro qazanacaq.


Digər xəbərlər

Xəbər xətti