Kikboksinq Federasiyasından Türkiyəyə dəstək

23:11 14 Mart 2016

Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyi tərəfindən Türkiyədə baş verən terror hadisəsi ilə bağlı açıqlamalar verilib. İlk açıqlama AKF prezidenti,millət vəkili Adil Əliyev gəlib. Millət vəkili bildirib ki, bu hadisə Türkiyənin terrora qarşı apardığı mübarizəsinə əngəl olmaqdır: "Son günlər Türkiyə dövləti terrorçuların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Terrorçular niyyətlərinin puç olduğunun fərqindədirlər və onlar dinc insanları öldürməklə öz varlıqlarını göstərməyə çalışırlar. Onlar sanmasınlar ki, terrorla hansısa hədəfə çatmaq mümkün olamayacaq. Türkiyə böyük dövlətdir". Millət vəkili qeyd edib ki, Türkiyədə baş verən terror hadisəsi bütün azərbaycanlıları dərindən sarsıdıb: "Terror zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Türkiyəm, başın sağ olsun!" Federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov Türkiyənin yanında olduqlarını bəyan edib: “Türkiyəmizin yanındayıq. Axıdılan qanı canımızdan kimi hiss edirik, rəhmətə gedənlərə başsağlığı verirəm. Bütün Türklərə öz feysbuk səhifəmdə səslənərək bildirirəm ki, Azərbaycan xalqı olaraq hər zaman yanınızdayıq. Dosumuz dostumuzdu,düşmənimiz düşmənimizdir. Bu belə də bilinməlidir.”. Federasiyanın peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb öncədən düşünülmüş planın tərkib hissəsi olduğunu qeyd etdi: “Ankaranın Kızılay meydanında baş verən terror hadisəsi düşünülmüş, hazırlanmış və xaincəsinə planın tərkib hissəsidir. Bu planları hazırlayanlar anlamırlar ki, Türkü bu yolla qorxutmaq mümkün deyil. Türk yalnız Alladan qorxar. Türk milləti ən çətin məqamda birləşir, vəhdət yaradır və əgər lazımdırsa da intiqamını ağır cəza ilə alır. Bunu edənlər Allahdan qorxmurlar. Bunlar o qədər qorxaqdırlar ki, qadını canlı bomba qismində istifadə edirlər. Türkiyə son zamanlar terrorçulara qarşı uğurlu əməliyyatlar keçirir və bu təbii olaraq terrorçulara dəstək verən qüvvələri naharat etməyə bilməz. Maraqlı olan odur ki,bir çox Avropa ölkələri qardaş Türkiyənin ünvanına terrorla bağlı əməliyyatların dayandırması tələbi irəli sürürlər. Keçdiyimiz günlərdə ABŞ rəsmiləri qardaş Türkiyənin sərhədlərində terror hadisələri törədən ypg terror təşkilatını silahlı qruplaşma adlandırıblar. Terror qrupu saymadıqlarını açıqca bəyan ediblər. Güclənən və inkişaf edən qardaş Türkiyə dövləti belə görünür ki, tarix boyu ona həsədlə baxanları, Türkiyədə torpaq iddiaları olanları çox narahat edir. Terrorun və terrorçunun milliyyəti, vicdanı və əqidəsi olmur. Unutmayaq ki, uca yaradan müqəddəs Qurani-Kərimdə buyurmuşdur: "bir şəxsə qıyan bütün bəşəriyyətə qıymış kimi, bir şəxsi xilas edən isə bütün bəşəriyyəti xilas etmiş kimi sayılır”...” Qurumun mətbuat katibi Elnur Eltürk sərt açıqlama yayımlayıb. “Ümumiyyətlə, Türkiyədə baş verənlər onu göstərir ki,vətənxainlərini sona qədər məhv etmək lazımdır. Bunların qarşısında geri çəkilmək olmaz. Başın, sağ olsun,Türkiyəm!”


Xəbər xətti