Rafael Ağayev nişanlandı

00:09 15 Mart 2016

Dünən müasir karatenin canlı əfsanəsi sayılan dördqat dünya çempionu 31 yaşlı Rafael Ağayevin nişan mərasimi baş tutub.

Sportarena.az xəbər verir ki, bu xoş mərasimdə tanınmış idmançılardan yalnız Firdovsi Fərzəliyev iştirak edib. Hər zaman sadə və təvazökar olan Rafael yenə də ənənəsinə sadiq qalaraq həyatının ən xoş günlərindən biri barəsində danışmaq istəmədi.


Xəbər xətti