"Bavariya" ilə matç öncəsi "Yuventus"da 2 ciddi itki

11:31 15 Mart 2016

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabah "Bavariya" ilə qarşılaşacaq "Yuventus" ciddi itkilərlə üzləşib. 

 

Sportarena.az xəbər verir ki,, "Yuventus"un hücumçusu Mario Mandzukiç sabah keçiriləcək görüşü buraxa bilər.
 

Hücumçunun zədəsi ciddi olmasa da  Massimiliano Alleqrinin futbolçunu meydana buraxmayacağı gözlənilir.
 

Komandada daha bir zədəli isə Kladio Markiziodur. Futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Xəbər xətti