"Neftçi"də istefa

12:48 15 Mart 2016

Əsgər Abdullayev "Neftçi" futbol klubunun Müşahidə Şurası üzvlüyündən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssisin özü məlumat verib.

 

Ə.Abdullayev buna "Turan Tovuz"a baş məşqçi təyin olunmasını səbəb göstərib. O, eyni vaxtda iki yerdə işləməyin düzgün olmadığını bildirib.

 

Qeyd edək ki, Əsgər Abdullayev ötən ilin oktyabrında "Neftçi"nin Müşahidə Şurasının üzvü təyin olunub.(Report)


Xəbər xətti